"SOCAR-Azerbaijan" Avropa Klub Kubokunun liderlərindəndir

"SOCAR-Azerbaijan" Avropa Klub Kubokunun liderlərindəndir

İsrailin Eylat şəhərində şahmat üzrə Avropa Klub Kubokunun sonuncudan əvvəlki, 6-cı turu keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycanın "SOCAR-Azerbaijan" komandası turnirin yeganə lideri – "Şaxmatnaya Federasiya Sankt-Peterburqa" klubu ilə qarşılaşıb və 3,5:2,5 hesabı ilə qalib gəlib.
6-cı tur ərəfəsində aktivində 8 xal olan komandamız əlavə göstəricilər üzrə "Ekonomist SQSEU Saratov", "Aşdod", "Yuqra" komandalarından geri qalaraq 5-ci yeri tuturdu. 5 turdan sonra birinci yeri tutan "Şaxmatnaya Federasiya Sankt-Peterburqa" klubunun aktivində isə 10 xal vardı.
İndi "SOCAR-Azerbaijan" klubunun da aktivində 10 xal var. Sonuncu turda Azərbaycan klubunun rəqibi Rusiyanın "Tomsk-400" komandası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə