"Bild" nəşri Yoahim Lövü və Almaniya millisini rüsvay etdi!

"Bild" nəşri Yoahim Lövü və Almaniya millisini rüsvay etdi!

Almaniya mətbuatı, futbol üzrə milli komandalarını kəskin tənqid atəşinə tutub. Siasport.az saytı xəbər verir ki, "DÇ-2014" çərçivəsində İsveç millisi ilə qarşılaşmada 4:0 öndə olmalarına baxmayaraq, sonradan elə həmin sayda qapılarından top buraxaraq rüsvay olan Almaniya yığması, bu ölkədə sərt tənqidlərə məruz qalıb. Almaniyanın məşhur "Bild" nəşri, millilərin isveç qarşısındakı oyununa həs olunmuş "Biz axmaqıq" sərlövhəli məqalə dərc edib. yazıda qeyd olunur ki, matçın fovariti Almaniya göstərilsə də, İsveç millisi almanlara əsl futbol dərsi keçib. Bundan başqa, millinin baş məşqçisi Yoahim Löv də hər şeyin onun üçün inanılmaz yuxu olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə