Millimiz qələbə qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, 4:3 hesabı ilə qalib gələn millimizin heyətində Zeynal Zeynalov, Əbdül Əliyev, Comərd Baxşəliyev və Elvin Quliyev fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə