DÇ-2012-nin bağlanış mətbuat konfransı

DÇ-2012-nin bağlanış mətbuat konfransı

FIFA və Yerli Təşkilat Komitəsi mətbuat nümayəndələrini FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanış mətbuat konfransına dəvət edir. Siasport.az saytının məlumatına görə, mətbuat konfransı FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin yığıncağının ardınca nəzərdə tutulub.

Tarix və vaxt: 12 oktyabr 2012, saat 12:00.

Məkan: Bakı şəhəri, Four Seasons hotelinin 1-ci mərtəbəsindəki "Rast" zalı.

İştirakçılar:

- FIFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas

- FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni

- YTK-nın stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov

Bağlanış mətbuat konfransının ardınca finalda və 3-cü yer uğrunda oynayacaq komandaların baş məşqçilərinin mətbuat konfransı olacaq.

Hər iki mətbuat konfransı bütün KİV nümayəndələri üçün açıqdır (çempionat akkreditasiyası tələb olunmur).

Bütün xəbərlər Facebook səhifəmizdə