Nura Suri və Roberto Karlosu nə bağlayır? EKSKLÜZİV

Nura Suri və Roberto Karlosu nə bağlayır? EKSKLÜZİV

Bir qədər öncə tanınmış müğənni Nura Surinin ulduz futbolçu Roberto Karlosla şəklinin yayıldığı barədə xəbər vermişdik. Müğənnini futbolçu ilə nəyin bağladığını araşdırmaq qərarına gəldik. Nura xanımla əlaqə saxlamaq istəyəndə, məlum oldu ki, tanınmış müğənninin mətbuat üzrə köməkçisi elə tanınmış jurnalist, şou-biznes sahəsində mediada öz dəsti-xətti olan Türkan Məmmədlidir. Türkan xanım N.Surinin gərgin iş günündən sonra istirahətdə olduğu üçün onunla birbaşa əlaqəmizin bir qədər gec baş tutacağını bildirdi. Qərara gədik ki, xanım müğənni barədə T.Məmmədli rəsmi açıqlama versin. Həmkarımızın açıqlaması isə kifayət qədər maraqlı oldu. O, Nura xanımın bir neçə gün öncə Moskvada səfərdə olduğunu bildirdi. T.Məmmədlinin sözlərinə görə, səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirak edən müğənni mərasimlərin birində məşhur futbolçu Roberto Karlosla tanış olub. O, qeyd edib ki, azərbaycanlı müğənninin gözəl görünüşü tədbirdə olan Robertonu da cəlb edib. Futbolçu ilə şəkil çəkdirən N.Surinin digərlərindən fərqli olduğunun fərqinə varan dünya uıduzu ona kompliment deməkdən özünü məhrum etməyib. R.Karlos Nura xanıma "Siz çox gözəlsiniz",- deyərək, azərbaycanlı müğənninin yaradıcılığı ilə maraqlanıb. Hər iki tərəf qarşılıqlı müzakirələr apararaq, yaradıcılıq barədə danışıblar.

Daha sonra isə Nura xanım çəkilən şəkli "Facebook" profilində paylaşıb, ancaq şəkil barədə açıqlama vermək gərəyi duymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə