Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edildi

Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

03 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının VIII turunun AZAL – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

04 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının VIII turunun "Bakı" – "Qəbələ" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Matçın 43-cü dəqiqəsində "Qəbələ" klubunun 19 №-li futbolçusu Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

04 oktybar 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının VIII turunun "Kəpəz" – "Qarabağ" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 66-cı dəqiqəsində "Qarabağ" klubunun 11 №-li futbolçusu Rauf Əliyevə simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilmişdir. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilir (maddə 19).

04 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Bakı" – "Qəbələ" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

06 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun "Qala" – "Şahdağ" matçında "Qala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

Oyun zamanı "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan hakimləri və matçın hakim-ispektorunu təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

06 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun "Lokomotiv" – "Neftçala" matçında "Lokomotiv" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Matçın 84-cü dəqiqəsində "Lokomotiv" klubunun 85 №-li futbolçusu Çingiz Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

07 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun V turunun "Bakılı" – "Şuşa" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

05 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının "Qarabağ veteranları" – "Azekolab" matçında "Azekolab" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

05 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının "Baku Flames" – "Neftçi" İSM matçının 27-ci dəqiqəsində "Neftçi" klubunun 4 №-li futbolçusu Fərid Atakişiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

06 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Gənclərbirliyi" – "Sədərək" matçının 25-ci dəqiqəsində "Sədərək" klubunun 1 №-li futbolçusu Faiq Zamanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

06 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin "Azercell" – "Ulduz" matçının 43-cü dəqiqəsində "Ulduz" klubunun 14 №-li futbolçusu Nail İsmayılov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

06 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Kinq" – "Qarabağ" matçının 47-ci dəqiqəsində "Kinq" klubunun 77 №-li futbolçusu Pərviz Abuzərov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).

Oyunun 47-ci dəqiqəsində "Qarabağ" klubunun 7 №-li futbolçusu Fuad Almazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

07 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin "Olimp" – "Neftçi" İSM matçının 19-cu dəqiqəsində "Neftçi" İSM klubunun 7 №-li futbolçusu Həbib Amanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 43-cü dəqiqəsində "Olimp" klubunun 14 №-li futbolçusu Tahir Məcidov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

07 oktyabr 2012-ci il, futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Qəbələ" – "Akkord" matçının 31-ci dəqiqəsində "Akkord" klubunun 18 №-li futbolçusu Ceyhun Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

05 oktyabr 2012-ci il, futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin İTV – "Zəfəran" matçında "Zəfəran" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня