Rusiyanın Sankt-Peterburq şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə qəbul olunmuş qərarlar arasında 4 milli assosiasiyanın məşqçilər konvensiyasına qoşulması da var: Azərbaycan (Pro kateqoriyası), Avstriya (A kateqoriyası), Belarus (Pro kateqoriyası) və Fransa (A kateqoriyası). Konvensiya məşqçi peşəsini qorumaq və ixtisaslı mütəxəssislərin Avropa qanunlarına uyğun olaraq qitə ölkələrində sərbəst fəaliyyətinə şərait yaratmaq vəzifəsini qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB