Futbol üzrə Türkiyə Superliqasında 5-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, lider "Qalatasaray" öz meydanında debutant "Akhisar Bələdiyyəspor"u qəbul edib. Çempionlar Liqasının qrup oyununda keçən həftə "Mançester Yunayted"lə səfər qarşılaşmasında məğlubiyyət acısı yaşayan "cim bom", Superliqada iknci məğlubiyyət acısı yaşamaq istəmirdi. Elə hər şey də "Qalatasaray"ın istədiyi kimi oldu. İstanbul nəhəngi zəif rəqibini ehtiyat futbolçuların iştirakı ilə 3:0 məğlub edərək liderliyini bir qədər də möhkəmləndirib. Digər bir İstanbul nəhəngi sayılan "Beşiktaş" isə səfərdə "Qaziantepspor"a 2:3 hesabı ilə məğlub olub. Tura bu gün keçiriləcək "Fənərbaxça"-"Trabzonspor" görüşü ilə yekun vurulacaq.
Türkiyə Superliqasında V turun oyunları
"Karabükspor" – "Antalyaspor" – 1:0
Qol: Özek, 90 (1:0)
"İstanbul BB" - "Orduspor" - 1:1
Qollar: Vebo, 60 (1:0), Stanku, 62 (1:1)
"Kayserispor" - "Eskişehirspor" - 3:2
Qollar: Bobo, 8 (1:0), 35 (2:0), Atəş, 45 (2:1), Telyoz, 64 (2:2), Muçe, 85 (3:2)
"Qaziantepspor" - "Beşiktaş" - 3:2
Qollar: Şahan, 15 (0:1), Sosa, 49 (1:1), Almeyda, 67 (1:2), Tosun, 76-pen (2:2), Gülle, 90 (3:2)
"Mersin İdmanyurdu" - "Gənclərbirligi - 1:1
Qollar: Kulusiç, 44 (0:1), Nobre, 61 (1:1)
"Elazığspor" - "Bursaspor" - 1:1
Qollar: Emreciksin, 44 (1:0), Pinto, 54 (1:1)
"Sivasspor" - "Kasımpaşa" - 1:0
Qol: Kahekuhe, 45 (1:0)
"Qalatasaray" - "Akhisar Bələdiyyəspor" - 3:0
Qollar: Yılmaz, 28 (1:0), 58 (3:0), Yıldırım, 35 (3:0)
24 sentyabr
"Fənərbaxça" - "Trabzonspor"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB