Xəbər verdiyimiz kimi, bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə start verilib. Siasport.az sayatının məlumatına görə, günün son matçında Azərbaycan millisi Kolumbiya yığmağı ilə qarşılaşıb. Oyundan öncə Azərbaycan prezidenti İlham Əliyev və FİFA prezidenti Yozef Blatter stadionda oyunçularla görüşüblər. Hər iki ölkənin Dövlət Himni səsləndirildikdən sonra matça start verilib.
Oyunun 17-ci dəqiqəsində rəqib oyunçu Dayana CASTILLO hesabı açıb. Bu qoldan 3 dəqiqə sonra Dayana CASTILLO dublunu rəsmiləşdirərək, 2-ci qolu komandamızın qapısından keçirib. Matçın 44-cü dəqiqəsində isə Gabriela MALDONADO fərqi 3 qola çatdırıb - 0:3. İkinci hissədə millimizin bir neçə qol şansı olsa da xanım futbolçularımız bundan yararlana bilməyiblər. Nəticədə rəqib futbolçu Laura AGUIRRE 73-cü dəqiqədə komandasının 4-cü qolunu vuraraq darmadağında pay sahibi olub.
AZƏRBAYCAN - Kolumbiya 0:4 (Oyun başa çatdı)
Qollar: Dayana CASTILLO (17, 20), Gabriela MALDONADO (44), Laura AGUIRRE (73)
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Etsuko Fukano (Yaponiya)
Baş hakimin köməkçiləri: Chie Ohata (Yaponiya), Mei Hsiu Liu (Çin Taypeyi)
Dördüncü hakim: Finau Vulivuli (Fici)
AZƏRBAYCAN: 1. Aytac Şərifova, 2. Jalə Məsimova, 4. Ləman Bağırova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 10. Nigar Jəlilli, 11. Şəfəq Nəsriova, 14. Süheyla İltar, 16. Melis Sarıaltın, 17. Olya Şioşvili, 18. Leyla Solmaz
KOLUMBİYA: 1. Lissa Kardozo, 2. Diana Duarte, 4. Estefaniya Botero, 6. Dayana Kastillo (k), 8. Karolina Arbelaz, 10. Leysi Santos, 14. Juliana Ocampo, 15. Mariya Jaramillo, 16. Anyella Martinze, 18. Qabriela Maldonado, 19. Marsela Restrepo
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB