Rail Məlikov siftə edə bilmir

Türkiyənin birinci liqa komandası "Dənizlispor" klubuna transfer olunan Rail Məlikov yeni komandasında hələ də debüt edə bilmir. Siasport.az saytının məlumatına görə, öncələr lisenziya problemi olan futbolçu, bu dəfə də zədələndiyi üçün mübarizəyə qatıla bilmir. Qeyd edək ki, Rail məşq zamanı zədələnib.

Məlumat üçün bildirək ki, Railin komandası sentyabrın 16-da "Adanadəmirspor"la qarşılaşacaq. Rəqibin heyətində isə Cavid Hüseynov da top qovur.

Bütün xəbərlər Facebook səhifəmizdə