"Bakı"nı Samur gömrük - keçid məntəqəsində 13 saat ləngitdilər

"Bakı"nı Samur gömrük - keçid məntəqəsində 13 saat ləngitdilər

Çimərlik futbolu üzrə Topaz Super Liqasının qalibi olan "Bakı" klubunun ölkəmizi beynəlxalq turnirdə təmsil etmək üçün Ukraynaya yollandığı haqda xəbər vermişdirk. Siasport.az saytının məlumatına görə, artıq bu gün komanda Sevastopola çatıb. Bu saatlarda otelə yerləşən komanda axşam yarışın təşkil olunacağı stadionda məşqə çıxacaq. "Bakı"nın Ukraynaya belə gec çatmasında səbəb Samur gömrük-keçid məntəqəsində 13 saat ləngidilməsi olub.

Qeyd edək ki, yüksək səviyyəli turnirlər sırasında olan "Qara dəniz" kuboku Sevastopolda təşkil olunacaq. 8 ölkənin iştirak edəcəyi yarışın açılış mərasimində Rusiya və Ukrayna şou-biznes nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təşkil olunacaq. Yarışda "Dinamo" (Kiyev), "Zenit" (Sankt-Peterburq) kimi tanınmış komandalar və futbolçular da iştirak edəcəklər.

Xatırladaq ki, "Qara dəniz" kubokunda "Bakı" ilə yanaşı, ölkəmizi Təşkilat Komitəsinin xüsusi dəvəti ilə Sevastopola yollanan FİFA referisi Əfqan Həmzəyev də təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə