"Bakı"nın oynçuları milli komandalarda

"Bakı"nın oynçuları milli komandalarda

"Bakı" futbol klubunun müdafiəçisi Deniss İvanovs və hücumçu Maris Verpakovskis Latviya komandasının Yunanıstan millisi ilə ev oyununda əsas heyətdə meydana çıxıb. Siasport.az saytının məlumatına görə, oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Denis meydanda 90 dəqiqə keçirib, Maris isə oyuna 75-ci dəqiqədə daxil olub.

"Bakı"nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis Litva komandasının slovakiyalılara qarşı oyununda 67-ci dəqiqədə oyuna qoşulub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gənclərdən ibarət Azərbaycan milli komandası U-21 AVRO-2013-ün seçmə mərhələsi çərçivəsində evdə futbolun yaradıcıları olan ingilisləri qəbul edib. "Bakı"nin müdafiəçisi Novruz Məmmədov qarşılaşmaya əsas heyətdə çıxıb və 81 dəqiqə meydanda olub. Oyun 2:0 hesabı ilə İngiltərə millisinin xeyrinə başa çatıb.

"Bakı" futbol klubunun müdafiəçisi İbrahim Karqbo Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Syerra-Leone-Tunis qarşılaşmasında iştirak edib. Tunisə qarşı oyununda İbrahim əvəzolunmadan 90 dəqiqə oynayıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə