“Sumqayıt” əvəzediciləri AZAL üzərində qələbə qazanıb

“Sumqayıt” əvəzediciləri AZAL üzərində qələbə qazanıb

"Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Vaqif Paşayevin yetirmələri "AZAL Arena"da keçirilmiş görüşdə AZAL-ın əvəzedicilərini 6:2 hesabı ilə məğlubiyyətə uğradıb. "Sumqayıt"dan qolları – Aydın Qasımov, Şamil Cəmaləddinov, Ayaz Mehdiyev, Üzeyir Sadıqov, Əbülfət Abbasov və Bayram Nuruzadə vurub. Həmin yoldaşlıq oyununu aşağıdakı linkdən izləyə bilərsiniz:

Qeyd edək ki, "Sumqayıt"la AZAL-ın əsas komandaları arasındakı yoxlama oyunu isə sentyabrın 10-da "AZAL Arena"da saat 18:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə