"Çelsi" azarkeşləri Raul Meyreleşə görə ayağa qalxıblar

"Çelsi" azarkeşləri Raul Meyreleşə görə ayağa qalxıblar

İngiltərənin "Çelsi" futbol klubunun azarkeşləri, komandanın "Fənərbaxça"ya satdığı portuqaliyalı futbolçu Raul Meyreleş üçün komandaya etirazlarını davam etdirilər. Siasport.az saytı xəbər verir ki, ən çox "zadəğanların" baş məşqçisi Di Matteunu hədəfə alan "Çelsi" azarkeşləri, portuqaliyalının komanda üçün vacib futbolçu olduğunu, onun satılması ilə hücum xəttində ciddi problemlərin yaşanacağını bildirirlər. İngiltərə mətbuatı xəbər verir ki, azarkeşlər "Çelsi"nin rəsmi saytını öz internet poçtalarından "top atəşinə" tutaraq, təhqir və hədə dolu yazılar yazır, R,Merlieşin "Fənərbaxça"ya satılmasına sərt şəkildə etiraz edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə