"Qəbələ" Futbol Akademiyası növbəti seçimlərini keçirib. Siasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan seçimlərdə hər zaman olduğu kimi izdiham yaşanıb. 10-17 yaşlı gənclər arasında baş tutan seçimlərdə 300-dən artıq futbolçu akademiyaya seçilmək uğrunda mübarizə aparıb. Seçimlərdə iştirak edən bir neçə istedadlı və gələcək vəd edən futbolçu məşqçilər korpusunun diqqətini cəlb edib. Yaxın günlərdə akademiyada bilik və bacarıqlarını artırmaq imkanı qazanan futbolçuların adları açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB