Londonda "avtoşluq" edən "Arsenal"ın ulduz futbolçusu 1 il həbs oluna bilər
Londonun "Arsenal" futbol klubunun braziliyalı forvardı Andre Santosu həbs təhlükəsi gözləyir. Siasport.az saytı "The Sun" qəzetinə istinadən xəbər verir ki, "Fənərbaxça"nın keçmiş forvardı, lüks avtomobili ilə sürət həddini aşdığı üçün London polisi tərəfindən ciddi cəzaya məruz qala bilər. İngilis qəzeti yazır ki, lüks avtomobili ilə saatda 130 kilometr sürət həddi ilə radara düşən A.Santos, London məhkəməsi tərəfindən sorguya çəkilir. Əgər məhkəmə onun bu sürət həddinin aşmasını insan həyatı üçün ciddi təhlükə doğurduğunu müəyyən etsə, o zaman keçmiş "Fənərbaxça"lını 1 ilədək həbs gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB