"İnter" PİK-in bazasında yaradılmış "Laborİnter" İdman və Sağlamlıq Prоblеmləri üzrə Тədqiqat Mərkəzi (İSPTM) tərəfindən Uşaq-Gənclər Futbol Məktəbinin (UFGM) məşqçi heyəti üçün "Müasir dövrdə məşqçi-jurnalist münasibətləri" mövzusunda treninq keçirilib. Siasport.az saytının məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri və İSPTM-nin direktoru Səbuhi Məmmədov treninq iştirakçılarına yeni yaradılmış mərkəzin məqsəd və vəzifələri haqqında qısa məlumat verdikdən sonra, Kütləvi İnformasiya Vasitələrinin rolu və funksiyaları barədə fikirlərini bölüşüb. KİV-in təbliğat-təşviqat, ideoloji və maarifləndirici vəzifələr yerinə yetirdiyi vurğulanan treninqdə məşqçi-jurnalist münasibətləri müxtəlif aspektləri müzakirə edilib və KİV nümayəndəsinin məlumat əldə edilməsində səlahiyyət daxilində köməklik göstərilməsinin zəruriliyi vurğulanıb.
Bundan başqa, treninqdə "İnter" PİK-in missiyası, məqsədi və dəyərləri barədə ətraflı məlumat verilib və hər bir əməkdaşın klubun korporativ maraqlarına uyğun fəaliyyət göstərməsinin zəruriliyi nəzərə çatdırılıb.
Tədbirdə "Laborİnter" İSPTM-nin bundan sonra da idman sahəsini əhatə edən müxtəlif aktual məsələlər barədə seminar və treninq-kurslar keçirəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB