AFFA-nın İntizam Komitəsinin 19 oktyabr 2011-ci il tarixli iclasında milli komandanın üzvü Vaqif Cavadov 1 (bir) il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılmışdı. 09 avqust 2012-ci il tarixində futbolçu Azərbaycan "A" milli komandasının baş məşqçisi Berti Foqtsla görüşərək tutduğu hərəkətə görə məyus olduğunu bildirib, ondan və komanda yoldaşlarından üzr istəyib. Siasport.az saytının məlumatına görə, bu hadisədən sonra 10 avqust 2012-ci il tarixində Azərbaycan "A" milli yığma komanda baş administratorunun müraciətinə əsasən futbolçuya verilən cəza ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB