Toğrul Əsgərov və Şərif Şərifov olimpiadanın qızıl medalını qazandılar YENİLƏNİB

Toğrul Əsgərov və Şərif Şərifov olimpiadanın qızıl medalını qazandılar YENİLƏNİB

Bu gün 2 sərbəst güləşçimiz olimpiya çempionu olub. Siasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan Toğrul Əsgərov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq almaniyalı Tim Şlayxeri, Yaponiya güləşçisi Keniçi Yumotonu, ABŞ idmançısı Skot Kolemanı məğlub edib və finala vəsiqə qazanıb. Finalda isə güləşçimiz olimpiya 3-cüsü, 4 qat dünya çempionu rusiyalı Besik Kudukovu meydana çıxdığına peşman edib və 5:0 hesablı möhtəşəm qələbə qazanıb. O, olimpiadanın qızıl medalına layiq görülüb.

84 çəki dərəcəsində yarışan Şərif Şərifov da çıxışına 1/8 finaldan başlayıb. Güləşçimiz ardıcıl olaraq türkiyəli İbrahim Bolukbaşını, ABŞ təmsilçisi Jake Herberti, iranlı Ehsan Naser Laşqarini məğlub və finala çıxıb. O, həlledici görüşdə Puerto-Rika güləşçisi Jaime Yusept Espinal ilə qarşılaşıb. İdmançımız rəqibi 6:1 və 2:0 hesabı ilə məğlub edərək, olimpya çempion olub.

Bütün xəbərlər Facebook səhifəmizdə