Kazım “Vest Ham”a transfer olunur

Kazım “Vest Ham”a transfer olunur

"Qalatasaray" klubunun əsas heyətinə almadığı Kazım Kazımla artıq Almaniya klubu maraqlanmağa başlayıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçunu artıq "Vest Ham Yunayted" klubu heyətinə alıb.

Məlumat üçün bildirək ki, "Qalatasaray"ın keçən mövsüm "Olimpiakos"a icarəyə verdiyi Kazım Kazım yenidən İngiltərəyə geri qayıtmağa hazırlaşır. Bir neçə vaxtdır Premyer Liqa komandalarından "Vest Ham Yunayted" ilə məşqlərə çıxan Kazım texniki heyətdən müvəffəqiyyətlə keçib. Belə ki, sonuncu dəfə "Kolçestr Yunayted" klubu ilə keçirilən matçda 45 dəqiqə forma geyən milli futbolçu artıq Almaniya kampına daxil edilib.

Qeyd edək ki, "Vest Ham" klubunun köməkçi məşqçisi Nil Makdonald Kazım haqqında bu fikirləri ifadə edib: "Kazım bizə yaxşı təsir bağışlayıb. Almaniya düşərgəsində son qərarımızı verəcəyik".

Xatırladaq ki, 26 yaşlı Kazım Kazımın "Qalatasaray"la 2014-cü ilin May ayına qədər müqavilə müddəti var.

Bütün xəbərlər Facebook səhifəmizdə