Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya
Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. SİA-nın xəbərinə görə, turnir çərçivəsində yarım final oyunları AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilib və qalib komandalar final mərhələsinə vəsiqə qazanıblar.
ATGTİ 5:0 Gənclik Futbol Klubu
ASAİF 6:3 Kreativ Gənclər İctimai Birliyi
19 iyul tarixində keçiriləcək final mərhələsində ATGTİ və ASAİF komandaları
qarşılaşacaq.
Layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman
ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq
gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan
gəncləri bir araya gətirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB