“Simurq” Türkiyədə toplanışın ikinci mərhələsinə başlayıb

“Simurq” Türkiyədə toplanışın ikinci mərhələsinə başlayıb
Hazırlıqları davam etdirən \"Simurq\" klubu artıq təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Siasport.az saytının məlumatına görə, iyunun 23-ü səhər saatlarında Türkiyəyə yollanan komanda Kartepe istirahət zonasında yerləşən \"Green Park\" otelində məskunlaşıb. Bir günlük istirahətdən sonra hazırlıqlara başlayan Georgi Çixradzenin yetirmələri gündə iki dəfə olmaqla məşqləri davam etdirir.

Qeyd edək ki, məşqçilər korpusunun əsasən fiziki ağırlıqlı tapşırıqlarını yerinə yetirən "Simurq" futbolçuları iyulun 6-da vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə