Futbol üzrə Türkiyə millisi Portuqaliyadan sonra EURO-2012-də iştirak edəcək daha bir komandanı - ev sahibi Ukraynanı yoldaşlıq oyununda məğlub edib. Məlumata görə, oyun türklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Türkiyə millisi 5 yoldaşlıq oyunundan 4-də qalib gəlmiş olub.
Oyunda hesab 30-cü dəqiqədə açılıb. Sol cinahdan hücum təşkil edən Mustafa Pektemek rəqiblərindəçn sıyrılaraq, topu cərimə meydançasındakı Canerə ötürüb. Caner isə gözəl bir zərbə ilə Türkiyə millisini hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb.
70-ci dəqiqədə Türkiyə millisinin növbəti hücumu zamanı Nuri Şahin topu sağ cinahdakı Tunaya, o isə cərimə meydançasındakı Mustafaya ötürüb. Topu saxalmadan qapıya zərbə vuran Mustafa Pektemek hesabı 2:0-a çatdırıb. Oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, Almaniyada keçirilən qarşılaşmada azarkeşlər arasında azərbaycanlılar da olub. İnqolştaddakı "Audi Sportpark" stadionunda Türkiyə və Ukrayna bayraqları ilə yanaşı Azərbaycan bayrağı da dalğalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB