“Qəbələ” uddu, \"Qarabağ\" isə məğlub oldu

Bu gün birinci "Qəbələ kuboku" turnirinə start verilib. SİA-nın xəbərinə görə, turnirin ilk qaşılaşmasında Azərbaycanı təmsil edən "Qəbələ" klubu Danimarkanın "Brondbü" komandası ilə, Qarabağ klubu isə İspaniyanın "Levante" komandası ilə qaşılaşıb. Maraqlı keçən oyunda \"Qəbələ\" klubu 6:2 hesabı rəqibi darmadağın edib. "Qarabağ" isə ilk oyununda 2:1 hesabı ilə məğlub olub.


Xatırladaq ki, turnirdə Qərbi Avropanın adlı-sanlı "Qalatasaray", "Brondbü", "Levante", "Villareal", "Serbiya" kimi klubları mübarizə aparır.


Bütün xəbərlər Facebook səhifəmizdə