Fatih Terim hakimləri təhqir etdi

Fatih Terim hakimləri təhqir etdi
Dünən keçirilən "Qalatasaray"-"Trabzonspor" qarşılaşmasından sonra, soyunub-geyinmə otağının qarşısında ciddi gərginlik yaşanıb. Siasport.az saytı xəbər verir ki, qarşılaşma bitən kimi soyunub-geyinmə otağının qarşısında qarşılaşmanın baş hakimi Tolga Özkalfa qarşı əl-qol hərəkətləri ilə təhqiramiz ifadələr işlədən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, baş hakimin köməkçilərini də "dadlı söyüşlərə qonaq edib".

Türkiyə mətbuatı yazır ki, artıq Türkiyə Futbol Federasiyasının (TFF) nizam-intizam komitəsi "imperator"a qarşı ciddi cəza verilməsi üçün qərar qəbul etməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə