Bərdədə Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş güləş yarışı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yeniyetmələrin iştirak etdiyi yarışda 26 kq-dan ,36 kq-a qədər çəki dərəcələrində idmançılar güclərini sınayıb. Yarışı " Gənclərə Dəstək" İctimai Birliyi təşkil edib.
Məlumat üçün bildirək ki, əsasən 1996,97,98,99,2000 və 2001-ci il təvəllüdlü yeniyetmə idmançılar iştirak etdiyi yarışda, Ağdam, Bərdə və Yevlax komandaları təmsil olunub. Qeyd edək ki, yarışda qalib gələn idmançılara hədiyyələr və fəxri fərmanlar verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB