Aprelin 22-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar "Şərq" qəzeti redaksiyasının KİV komandaları arasında keçirdiyi "Media kuboku-2012" mini-futbol turnirinin "D" qrupunda daha bir görüş keçiriləcək. Siasport.az idman portalının məlumatına görə, "ANS Tv" komandasını 5:3 hesablı məğlub edən "Səs", sabah "Teleqraf" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün keçirilən "Teleqraf" - "ANS Tv" komandaları arasındakı oyunda ANS televiziyasının futbolçuları 4:1 hesabı ilə məğlub oldu.
Xatırladaq ki, sabah baş tutacaq "Teleqraf" – "Səs" qarşılaşması saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB