Türkiyədə keçirilən III Beynəlxalq Kuşadası Turnirinin iştirakçısı olan "Qəbələ"nin U-14 kollektivi ilə görüşdə Piontek məşqçi heyəti ilə fikir mübadiləsi aparıb. Siasport.az idman portalının məlumatına görə, Danimarka milli komandasına 11 il rəhbərlik edən, onu ilk dəfə Dünya Çempionatının final mərhələsinə daşıyan, Türkiyə futbolunun inkişafında əvəzsiz rol oynayan, qardaş ölkənin milli komandasına 1990-93-cü illərdə rəhbərlik edən Zepp Piontek Azərbaycan komandasının oyununa münasibət bildirərkən bunları deyib: "Çox texnikalı futbolçularınız var. Komandanın fiziki səviyyəsi də yaxşı görünür. İntizamlı komanda yaratmağı bacarıbsınız. Əgər oyunçularınız bu templə inkişaf etsələr, Avropa səviyyəli futbolçular olarlar. İnanıram indi meydançada gördüyüm gənc futbolçular yetişərək bir neçə il sonra Avropada özlərini göstərəcəklər ".
Qeyd edək ki, komandamızın oyununu izləyən mütəxəssis məşqçilərə təklif və məsləhətlərini çatdırıb. Sonda Piontek ilə xatirə şəkli çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB