"Xəzər Lənkəran"ın Syerra Leoneli futbolçusu Julius Vobay komandasının düşərgəsinə geri qayıdıb. Siasport.az idman portalının məlumatına görə, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanıb və bundan sonra komandanın toplanışına qayıtmayıb. Ardından futbolçunun Misir çempionatında çıxış edən "Əl Məsri" klubunda baxışda olduğu haqqında mətbuatda xəbər yayılıb. "Xəzər Lənkəran" FK bu məsələ ilə əlaqədar dərhal sözügedən kluba məktub və FİFA-ya müvafiq şikayət ünvanlayıb. Julius Vobayla "Xəzər Lənkəran" Futbol Klubu arasında imzalanmış və 31 dekabr 2012-ci il müddətinə qədər qüvvədə olan müqavilənin ingilis dilinə tərcümə olunmuş nüsxəsi "Əl Məsri" klubu və ali futbol qurumuna göndərilib.
Qeyd edək ki, nəhayət, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın "Xəzər Lənkəran"ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqlənib. Eyni zamanda, Misir çempionatında baş vermiş məlum iğtişaşlar səbəbindən "Əl Məsri" klubu yerli futbol federasiyası tərəfindən ciddi sanksiyalara məruz qaldığı da bildirilir.
Məlumat üçün bildirək ki, hazırda Julius Vobay "Xəzər Lənkəran"ın düşərgəsindədir. Yaxın günlərdə futbolçunun məşq prosesinə qoşulacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB