Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində şaolin döyüş sənəti üzrə IV Bakı şəhər çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, çempionatda 19 idman klublarını və cəmiyyətini təmsil edən 157 idmançı mübarizə aparıb.
Qeyd edək ki, yarışda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında 21 kq çəki dərəcəsində I yerə Murad Hüseynov, 24 kq çəki dərəcəsində I yerə Nizami Axundzadə, 27 kq çəki dərəcəsində I yerə Elşən Quliyev, 30 kq çəki dərəcəsində I yerə Rafael Nəsibov, 33 kq çəki dərəcəsində I yerə Selman Bağırov, 36 kq çəki dərəcəsində I yerə Elşən Nağıyev, 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında 30 kq çəki dərəcəsində I yerə Kamran Cəfərov, 33 kq çəki dərəcəsində I yerə Rizvan Sultanov, 36 kq çəki dərəcəsində I yerə Şirxan Hüseynov, 40 kq çəki dərəcəsində I yerə Saleh Qurbanov, 44 kq çəki dərəcəsində I yerə Akşin Əliyev, 48 kq çəki dərəcəsində I yerə İbrahim Həsənov, 1997-99-cu il təvəllüdlü yeniyetmələr arasında 40 kq çəki dərəcəsində I yerə Səlim Yaqubov, 44 kq çəki dərəcəsində I yerə Elnur Osmanlı, 48 kq çəki dərəcəsində I yerə Sənan İsgəndərli, 52 kq çəki dərəcəsində I yerə İlkin Əhmədzadə, 56 kq çəki dərəcəsində I yerə Babək Qasımov, 60 kq çəki dərəcəsində I yerə Rauf Gərayzadə, 1995-96-cı il təvəllüdlü gənclər arasında 48 kq çəki dərəcəsində I yerə Nicat Bayramlı, 52 kq çəki dərəcəsində I yerə Cahangir Muxtarlı, 56 kq çəki dərəcəsində I yerə Kənan Gərayzadə, 60 kq çəki dərəcəsində I yerə Məhəmməd Həsənzadə, 65 kq çəki dərəcəsində I yerə Elvin Məmmədov, 70 kq çəki dərəcəsində I yerə Fərman Həsənov, 75 kq çəki dərəcəsində I yerə Şirəli Hüseynov, kişilər arasında 56 kq çəki dərəcəsində I yerə Tunar Əhədov, 60 kq çəki dərəcəsində I yerə Ramil Məmmədov, 65 kq çəki dərəcəsində I yerə Arzuman Rəsulzadə, 70 kq çəki dərəcəsində I yerə Hacıağa Abdullayev, 75 kq çəki dərəcəsində I yerə Elgün Bəylərov, 80 kq çəki dərəcəsində I yerə Qaya İsazadə, 85 kq çəki dərəcəsində I yerə Əli İsmayılov, 90 kq çəki dərəcəsində I yerə İbrahim Şamilov, +90 kq çəki dərəcəsində I yerə Natiq Qasımov layiq görülüb.
Məlumat üçün bildirək ki, I, II, III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubokla, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB