Atçılıq Federasiyası Aprelin 15-də başlanacaq, yeni Cıdır mövsümünün açılışı münasibəti ilə Binə Atçılıq Mərkəzində mətbuat nümayəndələri ilə görüş keçirdi. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev, ölkəmizdə 2010-cu ildən keçirilən Cıdır yarışlarının, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Artıq bu mövsümdən etibarən respublikamızda cıdır-şans totalizator oyunlarının təşkil olunacağını da qeyd etdi. Baş katib bununla bağlı bütün lazımı tədbirlərin həyata keçirildiyini söylədi. Cıdır-şans totalizator oyunlarının təşkilatçıları isə bu yolla Azərbaycanda Atçılıq idman növünün daha da inkişaf etdirilməsinə nail olmaq istədiklərini bildirdi. Qeyd edək ki, federasiyanın gələcək planları haqda da danışan Nəbiyev, son zamanlar Azərbaycanda bu idman növünün sürətlə inkişaf etdiyini də sözlərinə əlavə edib. Yeni infrastrukturların tikildiyini xüsusən də, Fatmai qəsəbəsində inşa olunan 86 hektarlıq atçılıq mərkəzinin tezliklə istifadəyə veriləcəyini də bildirən baş katib 2012-ci ildə Azərbaycanda 9 beynəlxalq turnirin keçiriləcəyini də vurğuladı. Məlumat üçün bildirək ki, Binə qəsəbəsində yerləşən Azərbaycan Atçılıq Mərkəzində və ölkəmizin digər ipodromlarında at yarışların təşkili, eyni zamanda xaricdə- Amerika, Avstraliya, İngiltərə, İrlandiya, Kanada, BƏƏ-də, CAR-da və digər yerlərdə at yarışlarının keçirilməsindən öncə kuponların qəbul edilməsi və oyuna iştirak hüququ verən biletlərin terminallar vasitəsilə çap edilərək oyunçulara verilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB