Şahmat turniri ilə bağlı Bakıda yerli qurumlarla müqavilə imzalandı

Şahmat turniri ilə bağlı Bakıda yerli qurumlarla müqavilə imzalandı

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin mart ayında Londonda gerçəkləşəcək "FİDE"-nin Şahmat üzrə İddiaçılar Turnirinin keçirilməsi və təşkilati məsələlərlə bağlı bir sıra sualların müzakirəsi məqsədi ilə tədbir keçirildi. Gənclər və İdman naziri Azad Rəhimovun da qatıldığı tədbir çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov qarşılıqlı əməkdaşlığa dair sənəd imzaladılar

Qeyd edək ki, Bundan sonra sponsorluq haqqında Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev və gələn ilin mart ayında Londonda keçiriləcək şahmat turnirini əşkil edəcək "AGON Limited" şirkətinin rəhbəri Endryu Polson arasında da müqavilə imzalandı.

Məlumat üçün bildirək ki, imzalanma mərasimindən sonra isə Gənclər və İdman naziri Azad Rəhimov dedi ki, Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı haqqında dövlət proqramı qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə