Xose Qvardiola "Milan"la cavab qarşılaşmasının çətin keçəcəyini açıqladı!
Dünən axşam UEFA Çempionlar Liqasında "Milan"la qarşılaşmada qolsuz bərabərliyə qalan "Barselona"da, cavab oyunu ilə bağlı ciddi narahatçılıq hökm sürür. Siasport.az saytı xəbər verir ki, oyundan sonra açıqlama ilə çıxış edən baş məşqçi Xose Qvardiola olduqca ümidsiz danışıb. O bildirib ki, "Milan"la qarşılamanın ağır keçəcəyini əvvəlcədən hiss edib:
"Bu olduqca ağır qarşılaşma oldu. Onsuz da öz meydanında "Milan"la oynamağın nə demək olduğunu heç izah etməyə ehtiyac yoxdur. İndi cavab qarşılaşmasında bizi ağır oyun gözləyir. Artıq bizi favorit kimi qələmə vermək düzgün deyil. Çünki biz rəqibə öz meydanında bir dənə də olsa qol vura bilməmişik. Bu isə o deməkdir ki, "Nou Kamp"da hər şey çətin olacaq"-deyə X.Qvardiola fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB