FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsindəBakıdamarketinq üzrəseminar təşkil edilib. Siasport.az saytının məlumatına görə, seminarda ilk olaraq AFFA-nın baş katibi, DÇ-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edib. Bundan əlavə, FIFA-nın marketinq üzrə nümayəndələri Kim Yu və Martin Nussbaumer iştirakçılara marketinq işləri barədə ətraflı məlumat verib. Məlumat üçün bildirək ki, Yerli Təşkilat Komitəsinin marketinq nümayəndələri Cavid Qarayev və Cəmilə Sultanova dünya çempionatı ilə bağlı aparılan işlər barədə danışıb, həmçinin tədbirdə iştirak edən FİFA partnyorları və dünya çempionatının yerli dəstəkçiləri – ARDNŞ, Xalq Bank və Bakcell – üçün müxtəlif marketinq imkanları təqdim edilib.
Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin biletlər üzrə direktoru Zaur Məmmədov isə ümumi bilet satışı strategiyası barəsində iştirakçılara məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB