Milan Baroşun qolu Çexiya millisinə qələbə gətirmədi

Milan Baroşun qolu Çexiya millisinə qələbə gətirmədi

Dünən yoldaşlıq qarşılaşması şərçivəsində öz meydanında İrlandiya millisini qəbul edən futbol üzrə Çexiya yığma komandası, qələbə hesabını qarşılaşmanın son dəqiqələrində əldən verib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində İstanbulun "Qalatasaray" futbol klubunun ulduz forvardı Milan Baroşun vurduğu qol ilə hesabda önə keçən çexlər, bu hesabı yalnız 85-ci dəqiqəyə qədər qoruyub saxlaya biliblər. Çünki qarşılaşmanın 85-ci dəqiqəsində İngiltərə Premyer Liqasında top qovan Simok Cox, topu meydan sahiblərinin qapısından keçirərək hesabı bərabərləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə