Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin aksessuarları satışa çıxarılıb.SİA-nın müsabiqənin rəsmi saytın istinadən yaydığı xəbərə görə, üzərində Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsinin şüarı "Light your fire" qeyd olunan geyim növləri, fincan, aksessuarlar, qeyd dəftərcələri, həmçinin məlumat kitabçaları və digər müsabiqə ləvazimatları artıq alıcıların ixtiyarına verilib. Satış eurvision.tv saytının "Fanshop" bölməsi (http://www.eurovisionshop.tv/shop/) üzərindən həyata keçirilir. Bu aksessuar və suvenirlər hər il olduğu kimi Avropa Yayımları Birliyinin (EBU) rəsmi tərəfdaşı olan "Badge Direct BV" şirkəti tərəfindən həyata keçirilib. Satışa çıxarılan aksessuar və suvenirlər builki müsabiqənin şüarının rənglərini əks etdirir.
Eurovision 2012 köynəkləri 24.95-44.95, papaqları 14.95, şərfləri 10, fincanları 7.50, aksessuarları 4.95-119.95 avro arasındadır. Builki aksessuarlar arasında Eurovision Mahnı Müsabiqəsi tarixində ən yaddaqalan ifaçıların, 57-ci Eurovision müsabiqəsinin keçirildiyi paytaxt Bakı haqqında və digər zəruri məlumatlar toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB