Arda Turan Leonel Messi barədə danışdı

Arda Turan Leonel Messi barədə danışdı
İspaniya La Liqasının son turunda "Barselona"ya 1:2 hesabı ilə məğlub olan "Atletiko Madrid"in türkiyəli futbolçusu Arda Turan, türkiyəli həmkarlarımızla söhbətində bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bu gün futbol üzrə Türkiyə millisinin heyətində Slovakiya ilə oynanılacaq yoldaşlıq qarşılaşması üçün Bursaya gələn A.Turan, komandasında artıq işlərin düzəlməyə doğru getdiyini, son turda "Barselona"ya məğlubiyyətə baxmayaraq qətiyyən ruhdan düşmədiklərini və La Liqada ən azı 4-cü yer uğrunda mübarizə aparmaq gücündə olduqlarını açıqlayıb.
"Milliyet" qəzeti yazır ki, "Atletiko Madrid"in futbolçusu xüsusi ilə Leonel Messi barədə fikirlərini açıqlayıb. O, həmin qarşılaşmada "Barselona"nın əksər futbolçularını nəzarətdə saxladıqlarını bildirərək, bunun L.Messiyə aid olmadığını açıqlayıb:
"Onu nəzarətdə saxlamaq mümkünsüz. Çünki fiziki baxımdan onda qeyri-adi istedad var. Olduqca cəld və sürətli futbolçudur. Belə keyfiyyətlərə sahib olan futbolçunu əbəs yerə dünyanın ən yaxşı futbolçusu adlandırmırlar"-deyə A.Turan fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə