“Neftçi” – “Turan” qarşılaşması başqa stadionda keçiriləcək

“Neftçi” – “Turan” qarşılaşması başqa stadionda keçiriləcək

Premyer Liqa oyunları çərçivəsində "Neftçi" Peşəkar Futbol Klubu martın 3-də "Turan" komandası ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, qarşılaşmanın keçiriləcəyi yerdə dəyişiklik olunub. Belə ki, Tovuz şəhər stadionunda keçirilməsi gözlənilən oyunun yeri başka məkanla əvəz olunub. Buna səbəb stadionun oyuna yararsız vəziyyətdə olmasıdır.

Qeyd edək ki, görüşün keçiriləcəyi yeni yer Şəmkir şəhər stadionu seçilib. Qarşılaşmanın vaxtı isə dəyişdirilməyib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə