Abdullah Avcı "Qalatasaray"ın iki futbolçusunu milli komandaya çağırdı

Abdullah Avcı "Qalatasaray"ın iki futbolçusunu milli komandaya çağırdı

Qus Hiddinqin gedişindən sonra futbol üzrə Türkiyə milli komandasının sükanı arxasına keçən Abdullah Avcı, fevralın 29-da Bursada Slovakiya ilə keçiriləcək yoldaşlıq qarşılaşmasına yeni futbolçuları dəvət edib. Siasport.az saytı xəbər verir ki, daha çox yerli futbolçuları sınaqdan keçirməyə qərar verən A.Avcı, "Qalatasaray"ın iki futbolçusunu milli komandaya dəvət edib. Bunlar Engin Baytar və Semih Kayadır. Fatih Terim tərəfindən ilk 11-liyə daxil edilən və özlərini yaxşı tərəfdən göstərə bilən bu futbolçular, milli komanda da gözəl oyunları ilə parlamağa çox yaxındırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə