Bakı şəhəri üzrə 2№-li Uşaq Gənclər Şahmat İdman Mərkəzində Şahmat üzrə Bakı şəhər komanda çempionatı start götürüb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, şahmat idman növünün kuratoru Salman Əbdülovun siasport.az saytına verdiyi xəbərə görə, aşağıdakı şahmat idman klubları çempionatda iştirak edir:
1.Bakı şəhər 1 nömrəli İOEUGŞDİM
2.Bakı şəhər 2 nömrəli Uşaq Gənclər Şahmat Mərkəzi
3. AHİTA
4. Sərhədçi İdman Olimpiya Mərkəzi
5. Tofiq İsmayılov adın Uşaq Gənclər Yaradıcılıq Sarayı
Qeyd edək ki, komanda çempionatı dairəvi sistem üzrə keçirilir. Komandalar 5 nəfərdən ibarət
heyət ilə mübarizə aparacaq. Çempionat gələn həftənin 2-ci günü başa çatacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB