Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 4 bürünc medal qazanıblar

Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 4 bürünc medal qazanıblar
Ukraynanın Kiyev şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turniri davam edir.
Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı sərbəst və qadın güləşi üzrə yığma komandasının üzvləri təmsil edirlər. Qadın güləşçimiz Mariya Stadnik (48 kq) yarışın final mərhələsində ukraynalı idmançı İrini Merleniyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər həmyerlilərimiz Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) isə bürünc medala sahib olublar. Sərbəst güləş üzrə yığma komandamızın üzvləri Yaşar Əliyev (55 kq) və İlya Xamikoyev (84 kq) də bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə