Ekstremal idman növlərinin inkişafına dəstək məqsədilə “Ekstrim klub” yaradılacaq

Ekstremal idman növlərinin inkişafına dəstək məqsədilə “Ekstrim klub” yaradılacaq

"İrəli" İctimai Birliyinin nəzdində "Ekstrim klub" yaradılacaq.
Siasport.az saytı xəbər verir ki, İctimai Birliyin "Ekstrim klub"unda dağ, hava, su, texniki, ekstremal turizmə daxil olan idman növləri ilə məşğul olunacaq. Klubun yaradılmasında məqsəd gənclərin bu idman növünə marağının artırılmasına və asudə vaxtlarının səmərəli keçirilməsinə təkan verməkdən ibarətdir. Klubun daxilində tibb və siyahıyaalma şöbələri fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə