"Arsenal" "Aston Villa" üzərində qələbə qazandı

"Arsenal" "Aston Villa" üzərində qələbə qazandı
İngiltərə Federasiya kubokunda VI mərhələnin oyunlarına yekun vurulub.Siasport.az saytı xəbər verir ki, Londonun "Arsenal" klubu öz meydanında çətin qələbə qazanıb. "Aston Villa"nı qəbul edən "topçular", fasiləyə 0:2 hesabı ilə məğlub yollansalar da, ikinci hissədə dönüş yarada biliblər.
Robin Van Persinin dublu və Teo Uolkotun tək qolu ilə hesabda önə keçən "Arsenal" hesabı sonadək qorumağı bacarıb. Bu qələbə sayəsində "Arsenal" adını növbəti mərhələyə yazdırıb. Keçirilən digər qarşılaşmaları diqqətinizə çatdırırıq:
İngiltərə Federasiya kuboku
"Uatford" - "Tottenhem" - 0:1
"Everton" - "Fulhem" - 2:1
"Kvins Park Reyncers" - "Çelsi" - 0:1
"Liverpul" - "Mançester Yunayted" - 2:1
"Bləkpul" - "Şeffild Venzdey" - 1:1
"Vest Bromviç" - "Norviç" - 1:2
"Hal Siti" - "Kroley" - 0:1
"Stevenage" - "Notts Co" - 1:0
"Derbi" - "Stok Siti" - 0:2
"Leyçester" - "Svindon" - 2:0
"Millvol" - "Saushempton" - 1:1
"Şeffild Yunayted" - "Birmingem" - 0:4
"Bolton" - "Suonsi" - 2:1
"Briqton" - "Nyukasl" - 1:0
"Sanderlend" - "Midlsbro" - 1:1
"Arsenal" - "Aston Villa" - 3:2

Bütün xəbərlər Facebook səhifəmizdə