İstanbulun \"Qalatasaray\" futbol klubunun son turda səfərdə \"Bursaspor\"a 0:1 hesabı ilə məğlub olması, baş məşqçi Fatih Terimi qəzəbləndirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında rəqibin belə zəif oyunu qarşısında komandasının qol epizodlarını sağa-sola xərcləməsini heç cürə başa düşə bilmədiyini deyən \"İmperator\", soyunub-geyinmə otağında futbolçularını əsl uşaq kimi tənbeh edib. Türkiyə mətbuatı xəbər verir ki, baş məşqçi xüsusi ilə Semih və Hakan Baltanı ciddi tənqid edərək, onları oynadıqları mövqelərdə bacarıqsızlıqda və əsaən də rəqib futbolçuların qarşısını ala biməməkdə ittiham edib.Məlumata əsasən 57 yaşlı futbol mütəxəssisi, futbolçulara sərt xəbərdarlıq edərək, qarşıdakı turlarda əla formada olmayan futbolçulara şans verməyəcəyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB