Türkiyənin Məşhur fizioterapevti Murat Şahinoğlu "Qarabağ" futbol klubunu ziyarət edib. Siasport.az saytının məlumatına görə, "Qarabağ" klubu bir neçə ildir ki, Şahinoğlu ilə əməkdaşlıq edir. Düşərgədə olan həkim, ilk olaraq Rəşad Sadıqovu müayinə edərək futbolçuya xüsusi proqram təqdim edib. Bundan başqa, dizində problemi olan Qara Qarayevi və digər futbolçuları da müayinə edib. "Qarabağ"ı ziyarət etdikdən sonra fizioterapevt klubun rəsmi internet saytına müsahibəsi zamanı bunları deyib: "Qarabağ"ı həqiqətən çox sevirəm. Super insanların olduğu, möhtəşəm komandadır. Artıq 2 ildir ki, komandanın futbolçularını müayinə edirəm. Klub çalışanları olduqca mehriban və səmimi insanlardır. "Qarabağ" mənim üçün çox doğmalaşıb. Düzdü, uşaqların durumunu yoxladım amma dostlarımı ziyarət etdiyimə görə daha çox məmnun oldum".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB