Qadın xokkeyçilərimiz Hindistanda təlim-məşq toplanışı keçirəcəklər
Aprelin 25-dən mayın 6-dək Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası London Yay Olimpiya Oyunlarının seçmə turnirinə hazırlığın növbəti mərhələsini Hindistanda keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Dehlidə hindistanlı xokkeyçilərlə birgə 10 günlük təlim-məşq toplanışında olacaq və 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Xokkeyçilərimız qarşıdakı yarışa baş məşqçi Adil Paşayevin rəhbərliyi altında hazırlaşacaq. Bu işdə ona pakistanlı məşqçi Zahid Ali və Ceyhun Mirzəyev kömək edəcəklər. Milli komandamızın heyətinə Yuliya Muradi, Liana Nuriyeva, Lyudmila Çequrko, Seda Xeyirova, Fəridə Məmmədova və bir neçə təcrübəli xokkeyçi daxildirlər. A.Paşayev Hindistanda 25 oyunçunu sınaqdan keçirəcək və məhz bundan sonra heyəti müəyyənləşdirəcək. Xatırladaq ki, Hindistan milli komandası London Yay Olimpiya Oyunlarında iştirak etmək üçün başqa təsnifat turnirində mübarizəyə qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB