“İnter” daha bir futbolçu ilə müqavilə imzalayacaq

“İnter” daha bir futbolçu ilə müqavilə imzalayacaq
Mövsümün ikinci hissəsinə hazırlaşan Bakının "İnter" klubu gənc futbolçu Əziz Quliyevlə tezliklə müqavilə imzalayacaq. Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq bir neçə gündür Ə.Quliyev komanda ilə birgə məşq edir. Tibbi baxışdan keçən gənc oyunçu "İnter"lə birlikdə Antalyaya təlim-məşq toplanışına yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə