İstanbulun "Qalatasaray" futbol klubu dünən Türkiyə Kuboku uğrunda mübarizə çərçivəsində "Türk Telekom Arena"da Bank Asiya liqasında çıxış edən "Adana Demirspor" klubunu qəbul edib. Siasport.az saytı xəbər verir ki, əsasən ikinci heyəti meydana buraxan baş məşqçi Fatih Terim, gəncləri sınaqdan çıxarmağa çalışırdı. Gənc futbolçular da meydanda sərgilədikləri gözəl oyunla "İmperator"un ümidlərini kifayət qədər doğruldublar. Gənc futbolçular elə ilk hissədəcə rəqibin qapısından 4 top keçiriblər. Rəqib komanda buraxılan qollardan ancaq birinin əvəzini çıxa bilib. Beləliklə 4:1 hesablı qələbə qazanan "cim bom" növbəti mərhələni elə ilk qarşılaşmadaca həll etmiş olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB