Joze Maurinyo "Barselona"ya məğlubiyyətə görə Məsut Özili "küncə sıxıb"...
Deyəsən əzəli rəqibi "Barselona"ya daha bir derbidə rüsvayçı məğlubiyyətə uğramaq, Madrid "Real"ında əsəb xəstəliyinə səbəb olub. Siasport.az saytı xəbər verir ki, katalon klubuna 1:3 hesablı məğlubiyyətdən sonra, kral klubunda baş məşqçidən başlamış futbolçulara qədər hər kəsin əsəbləri tarıma çəkilmiş durumdadır. İspaniyanın "Sport" nəşri iddia edir ki, kral klubundakı əsəb gərginliyi o dərəcədə yüksəkdir ki, artıq baş məşqçi Joze Maurinyo, komandada ən çox sevdiyi futbolçuları belə azarlamaqdan çəkinmir. Belə ki, sən demə portuqaliyalı baş məşqçi həmin qarşılaşmadan sonra soyunub-geyinmə otağına gələrək, "Real"ın türk əsilli futbolçusu Məsut Özili sərt şəkildə tənqid edərək, onu istənilən oyunu oynamamaqda və meydaanda sadəcə gəzişməklə məşğul olmaqda ittiham edib. İspaniya nəşri iddia edir ki, artıq M.Özil J.Maurinyonun gözündən düşən M.Özilin bundan sonrakı qarşılaşmalarda ilk 11-liyə daxil olması inandırıcı görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB