Azərbaycan millisi Basketbol üzrə “Avro-2013”-də hansı komandalarla qarşılaşacaq?

Azərbaycan millisi Basketbol üzrə “Avro-2013”-də hansı komandalarla qarşılaşacaq?
Nəhayət ki, kişi basketbolçular arasında "Avro-2013"-ün seçmə mərhələsinin təqvimi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, B qrupunda mübarizə aparacaq Azərbaycan millisi ilk dəfə çıxış edəcəyi yarışa səfər oyunu ilə başlayacaq. Təqvimə əsasən 2012-ci il avqustun 15-də Lüksemburq-Azərbaycan, avqustun 18-də Azərbaycan-Bolqarıstan, avqustun 21-də İsveç–Azərbaycan, avqustun 27-də Azərbaycan–Almaniya, avqustun 30-da Azərbaycan–Lüksemburq, sentyabrın 2-də Bolqarıstan–Azərbaycan, sentyabrın 5-də Azərbaycan–İsveç, sentyabrın 11-də isə Almaniya–Azərbaycan görüşləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə